Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb


Çinin qərbində, Cıcıang əyalətinin Yaşı qəsəbəsinin Lidonq kəndində leysan nəticəsində torpaq sürüşməsi baş verib.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, torpaq sürüşməsində ölənlərin sayı 25-ə çatıb.

Məlumata görə, sürüşümə bölgəsində 12 nəfər itkin düşüb. 300 sakin başqa əraziyə köçürülüb.
Axtarış-xilasetmə əməliyyatı nəticəsində indiyədək yalnız bir nəfər xilas edilib.
İki gün öncə bölgədə baş verən sürüşmədən sonra 27 evin torpaq altında qaldığı haqda xəbər yayılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu