Tümenli iş adamları Azərbaycanda biznes əlaqələri qurmağa çalışır


Tümenli iş adamları yeni ticarət tərəfdaşları tapmaq, eləcə də işgüzar əlaqələr qurmaq məqsədilə Azərbaycana gəlib.

"Report" Tümen vilayətinin Ticarət-Sənaye Palatasının mətbuat xidmətinə istinadən xəbər verir ki, biznesmenlər 3 gün ərzində Bakıda olacaq. Onlar Azərbaycanın aparıcı neft-qaz çıxarma və servis şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir.
Üstəlik, səfər çərçvəsində Tümendən olan nümayəndə heyəti Bakıda keçirilən "Xəzər dənizi: ətraf mühit üçün texnologiyalar" sərgisində də olacaq.

Qeyd edək ki, nümayəndə heyətini Tümen vilayətinin Ticarət-Sənaye Palatasının xarici iqtisadi fəaliyyət mərkəzinin direktoru Olqa Vollert müşayiət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu