“Laçın” Ticarət Məkrəzinin sahibi vəfat edib


“Laçın” Ticarət Mərkəzinin sahibi Maqsud Vəliyev dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, “Laçınlı Maqsud” kimi tanınan M.Vəliyev bu gün vəfat edib.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi və dünən vəziyyətinin ağırlaşmasından sonra bu gün səhər saatlarında öldüyü bildirilir.

Qeyd edək ki, M.Vəliyevdən əvvəl bazarın sahibi onun böyük qardaşı olub. Qardaşının vəfatından sonra M.Vəliyev bazara rəhbərlik edirdi.

Hazırda “Laçın” Ticarət Mərkəzi işləmir.

Ticarət mərkəzinin İşçilərinə bildirilib ki, obyekt bu gün və sabah işləməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu