Fransaya uçan 2 təyyarədə bomba təhlükəsi


Amerikadan Fransaya uçan iki təyyarə Halifaks və Solt Leyk Sitidə təcili eniş edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki təyyarədə bomba olması ilə bağlı məlumat daxil olub. Bundan sonra təyyarələrin təcili eniş etməsi barədə göstəriş verilib.

Air Frans-a məxsus təyyarələrdə yoxlamalar aparılıb. Məlum olub ki, daxil olan xəbər yalnışdır.

Hazırda hüquq-mühafizə orqanları təyyarədə bomba olması ilə bağlı məlumat verən şəxsi axtarır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu