Rövnəq Abdullayev Türkmənbaşının qəbulunda
AzVision.az Türkmənistan hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə prezident Qurbanqulu Berdiməhəmmədov SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşü zamanı bildirib.
Görüş zamanı iqtisadi sahədə müxtəlif qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin yanacaq-enerji sektorunda birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.
Tərəflər vurğulayırlar ki, böyük enerji potensialına malik Türkmənistan və Azərbaycan öz zəngin karbohidrogen yataqlarının effektiv mənimsənilməsi, Xəzər regionundan da daxil olmaqla, öz tədarüklərini dünya bazarlarına çıxışını şaxələndirmə istiqamətində əməli addımlar atırlar.