Netanyahu Suriyanı vurmaq məsələsində Rusiya və İsrailin razılaşdığını təsdiq etdi


İsrail baş naziri Benyamin Netanyahu Suriyada yarana biləcək münaqişəli vəziyyətlərdə Rusiya və İsrail hərbçilərinin öz fəaliyyətlərini koordinasiya etməsi haqda informasiyanı təsdiq edib.

Avropa.info xəbər verir ki, koordinasiyanın ilkin tələbi kimi Suriyadakı Rusiya bazası ilə İsrail aviasiyası arasında birbaşa rabitə əlaqəsi yaradılıb. Bu haqda razılıq Netanyahunun Moskva səfərində əldə olunub.

“Bizə pilotlarımızın bir-birini vurmaması ilə bağlı qarantiya lazım idi. Bunun üçün münaqişə yaratmayacaq mexanizm yaratdıq” – deyə Netanyahu bildirib.

Daha əvvəl Rusiya Baş Qərargahının operativ idarəetmə idarəsinin rəisi general-polkovnik Andrey Kartapolov demişdi ki, Rusiya və İsrail Suriya üzərində uçuşlarla bağlı razılığa gəlib və birgə iş təşkil ediblər. Onun sözlərinə görə, Hmeymimdəki rus bazası ilə İsrail HHQ-ləri arasındakı “qaynar xətt” sutkalıq rejimdə işləyir. Buradan daimi informasiya mübadiləsi aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu