Bakıda başı kəsilən tələbənin atası təhsil şöbəsinin müdiri imiş... - TƏFƏRRÜAT


Bir neçə gün əvvəl Bakıda dəhşətli qətl hadisəsi törədildi. 23 yaşlı gənc öz əmisi oğlu tərəfindən başı kəsilərək, qətlə yetirildi.

Hadisə Nizami rayonu Qara Qarayev 55-də baş vermişdi. 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov başı kəsilərək, qətlə yetirildi. Hadisəni törədən şəxsin 23 yaşlı gəncin əmisi oğlu Elşən Nəsirov olduğu məlum oldu.

E.Nəsirov qətli törətdikdən sonra Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü şəkildə təslim olub.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Musavat.com hadisənin baş vermə səbəbi ilə bağlı təfərrüatları əldə edib.

Məlumata görə, başı kəsilərək, öldürülən gənc Lerik rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur. Öldürülən gəncin bir müddət əvvəl toyu olubmuş.

Hadisənin namus üstündə baş verdiyi bildirilir. Belə ki, uzun illərdir ki, E.Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş. Bu məsələdən hər iki ailənin üzvləri də xəbərdar imiş. Lakin sonradan E.Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub. E.Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, E.Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

Hazırda təhsil şöbəsinin müdiri olan Balaşirin Nəsirov məzuniyyətdədir. Onun vəzifəsini aparıcı məsləhətçi Şirvan Babayev icra edir. B.Nəsirovun bu ayın sonunda işə çıxacağı gözlənilir.

B.Nəsirovun qardaşı Nəzir Nəsirov Bakıda bizneslə məşğuldur. Sahibkar olan N.Nəsirovun Bakıda bir neçə mağazasının olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu