Məhkəmə Cəmil Həsənlinin qızına "yox" dedi


Bakı Apelyasiya Məhkəməsi Milli Şurasının rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətini təmin etməyib.

Bu barədə “Azadlıq” radiosuna Cəmil Həsənlinin özü məlumat verib.

Birinci instansiya məhkəməsi bu il fevralın 22-də Günel Həsənlini cəzasını məntəqə tipli müəssisədə çəkməklə il yarım azadlıqdan məhrum edib.

Məhkəmə onu 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib.

Şikayət də bu qərardan idi.

Beləliklə, qərarın icrası birinci instansiya məhkəməsi, daha sonra isə Penitensiar Xidmətə göndəriləcək.

Cəmil Həsənli deyib ki, məhkəmə heç bir dəlil və sübuta söykənmədən qərar qəbul edib və onlar bundan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Cəmil Həsənli bildirib ki, əgər bu da heç bir nəticə verməsə, sonda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu