Qlobal terrorizm İNDEKSİ: Azərbaycan 93-cü yerdədir


İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace) teror təhlükəsinin dərəcəsinə görə ölkələrin qlobal reytinq cədvəlini açıqlayıb.

İnstitutun rəsmi saytında verilən məlumata görə, qlobal terrorizm indeksində Azərbaycan 10 ballıq şkala üzrə 1,381 bal toplayaraq 162 ölkə arasında 93-cü pillədə qərarlaşıb. Ölkələrə verilən ballar çox olduqca, onlarda terror riski yüksək olur. Bunu nəzərə alaraq Azərbaycanın ötənilki göstəricisi ilə müqayisədə (1,247 bal) bu il terror riskinin cüzi artdığı görünür.
Region dövlətləri arasında İran 39-cu (4,222 bal), Türkiyə 27-ci (5,737 bal), Gürcüstan 71-ci (2,373 bal), Rusiya 23-cü (6,207 bal) və Ermənistan 116-cı (0,015 bal) qərarlaşıb. Qlobal terrorizm indeksi Terrorizm üzrə Qlobal Bazanın (GTD) məlumatlarına əsaslanıb və son 15 ildə dünyada terrorizmlə bağlı bütün əsas statistikalarını nəzərə alıb.
AFN.az modern.az saytına istinadən İqtisadiyyat və Sülh İnstitununun 2015-ci il üçün hazırladığı terror reytinqinə əsasən ən təhlükəli ölkələrinin “20”liyini təqdim edir:

1. İraq (10 bal)

2. Əfqanıstan (9,328 bal)

. Nigeriya (9,203 bal)

4. Pakistan (9,005 bal)

5. Suriya (8,306 bal)

6. Hindistan (7,747 bal)

7. Yəmən (7,643 bal)

8. Somali (7,6 bal)

9. Liviya (7,29 bal)

10. Tailand (7,279 bal)

11. Fillipin (7,27 bal)

12. Ukrayna (7,2 bal)

13. Misir (6,813 bal)

14. Mərkəzi Afrika Respublikası (6,712 bal)

15. Cənubi Sudan (6,702 bal)

16. Sudan (6,686 bal)

17. İndoneziya (6,623 bal)

18. Keniya (6,66 bal)

19. Konqo Demokratik Respublikası (6,47 bal)

20. Çin (6,284 bal)

21. Rusiya (6,207 bal)

22. İsrail (6,036 bal)

Vüqar İsmayılov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu