3 yaşlı oğlan evdə yanaraq ölüb - Fotolar


Cəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Əliqasımlı kənd sakini Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində yanğın olub.

Ümumi sahəsi 108 kv.m. olan evin otaqlarının birində başlayan yanğının əhatə dairəsi tez zamanda genişlənib. Yanğın zamanı otaqda yatmış ev sahibinin 1,5 yaşlı oğlu Xəzər Abıyev yanaraq ölüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə güclü alovun digər otaqlara keçməsinin qarşısını alınıb. Lakin evin 20 kv.metrlik sahəsi içindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğın otaqdakı odun sobasından düşən alovdan başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, Cəlilabad rayonu, Əliqasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m (tikintisi başa çatmayıb, 1 otağında yaşayış var) olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü 10 kv.m sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı - 2012-ci il təvəllüdlü Abıyev Xəzər Nurəddin oğlunun meyiti aşkarlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu