“Metrologiya” standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “Metrologiya” standartlaşdırma üzrə Texniki Komitənin (TK) ilk iclası keçirilib.

Komitənin mətbuat xidmətindən afn.az-a verilən məlumata görə, iclasda çıxış edən TK-nın sədri Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov yeni fəaliyyət başlayan “Metrologiya” standartlaşdırma üzrə Texniki Komitənin əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, müasir tələblərə cavab verən və beynəlxalq standartlar əsasında qurulmuş metroloji təminat innovativ iqtisadiyyata keçidi təmin edən vacib vasitələrdən biridir: “Metrologiya sahəsi ilə bağlı beynəlxalq normalara uyğunlaşdırılmış milli standartların, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Metrologiya” adlı standartlaşdırma üzrə Texniki Komitə yaradılıb”.
Sonra TK-nın iş planı və görəcəyi işlər haqqında danışılıb. Bildirilib ki, metrologiya sahəsinin inkişaf etdirilməsi üçün bu sahə ilə bağlı beynəlxalq standartların Azərbaycan dilinə tərcümə edilib qəbul edilməsi vacib əhəmiyyət daşıyır. İclasda Komitə nümayəndələri ilə yanaşı, TK-nın üzvləri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Bakı Metropoliteni” QSC, “Azərsun” Holding, Sumqayıt Texnologiyalar Parkı (STP), “İntertek Azəri” Ltd, SGS Azəri Ltd, BP Azərbaycan və s. təşkilatların nümayəndələri metrologiya sahəsində mövcud problemlər və inkişafa nail olmaq üçün təkliflərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu