Türkiyənin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb


Türkiyənin Rusiyadakı hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hərbi attaşenin nazirliyə çağırılması Suriyada Rusiyaya məxsus “SU 24” qırıcı təyyarəsinin vurulması ilə bağlıdır.

Qeyd edək ki, bu gün Rusiyanın “SU 24” qırıcı təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyəyə məxsus F-16 tərəfindən havada vurulduğunu bəyan edib və təyyarənin Suriya ərazisində, Türkiyə sərhədindən 4 kilometr aralıda düşdüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu