“Biznesmenlər vəziyyətdən sui-istifadə etməyə başlayıblar”


Son günlər insanlar ticarət obyektlərində, iri marketlərdəki süni qiymət artımlarından danışırlar.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az saytının suallarını cavablandırarkən qiymət artımlarına münasibət bildirib.


“Azad İstehlakçılar Birliyinə hər gün bu kimi hallarla bağlı telefon zəngləri daxil olur. Bizdə yazılı məlumatlar da var. Mən dəfələrlə bu işə nəzarət edən dövlət orqanlarına, xüsusən də İqtisadiyyat və Sənaye Nazirliyinə xəbər vermişəm. Çox təəsüflər olsun ki, onlar bu halları marketlərdə, ticarət obyektlərində aşkar edə bilməyiblər. Ardıcıl olaraq bu problem yaşanır. Süni və şişirdilmiş qiymət problemindən hətta ölkə prezidenti də dəfələrlə narahatlığını ifadə edib.
Heç bir səbəb olmadan qiymətləri artırmaq birmənalı şəkildə ölkədə istehlakçının aldadılmasıdır, onların hüquqlarının pozulmasıdır”.

Eyyub Hüseynov deyir ki, İqtisadiyyat və Sənaye Nazirliyi və digər aidiyyatı qurumların süni qymət artımına laqeyd qalmasının səbəbi hökumətin istehlakçılarla , onların hüquqlarının qorunmasıyla bağlı olan siyasətinin çox zəif olmasındadır.

“Keçən həftə şəxsən özüm bununla bağlı Nazirlər Kabinetinə məktub ünvanlamışam. Məktubda yazmışam bu gün ölkə başçısının yaratdığı şəraitdən biznes qurumları, biznesmenlər artıq sui- istifadə etməyə başlayıblar. Son zamanlar bizə gələn şikayətlərdə istehlakçılar yazırlar ki, hətta biznes qurumları, biznesmenlər insanlara deyir ki, gedin kimə istəyirsiniz şikayət edin, onsuz da bizə kimsə toxuna bilməz. Burada İqtisadiyyat və Sənaye Nazirliyi də öz işini gücləndirilməlidir”.

AİB sədrinin sölərinə görə, o, dəfələrlə hökumətə təklif edib ki, istehlakçıların hüquqlarını qoruyan ayrıca qurum yaradılsın:
“Bunu İqtisadiyyat və Sənaye Nazirliyi etməməlidir. Bu sahədə tam müstəqil, operativ işləyən qurum yaradılmalıdır. Çünki istehlakçi hüquqlarını qoruyan qurumun əsas funksiyası biznesə qarşı getmək dayanır, ancaq İqtisadiyyat və Sənaye Nazirliyi isə biznesin inkişafına kömək edən orqandır”.

E.Hüseynov deyib ki, bu il ərzində AİB-ə ən çox şikayətlər mobil telefon satışı bazarından daxil olub.

“Telefonların standartlardan kənar olması, güya, hansısa telefonların suyun altında şəkil çəkə bilməsi, lakin əslində o telefonların elə olmaması və s. Daha sonra kompüterlər, sənaye malları, ərzaq mallarından şikayətlər də çox olub. Ərzaq məhsullarının keyfiyyətinin aşağı olması kimi şikayətlər daha çoxdur.
Məsələn, hansısa süd məhsulunun (yağ, pendir, xama və s.) üstünə inək şəkli çəkilib, guya, əsl süddən alınıb, amma yoxlayanda məlum olur ki, quru süddən hazırlanıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu