Bakıda universitet tələbəsi olan qız özünü damdan atdı


Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, ötən gün axşam saatlarında gənc qız Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb. O, hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra intihar edən qızın 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib. Məlum olub ki, o, Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi olub.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu