Mənzil özəlləşdirmə sənədləri artdı


Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi müqaviləsi də əlavə ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik haqqında qanun layihəsdində əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, mənzilin özəlləşdirməsi zamanı mənzil sahəsinin orderi və ya mənzil kirayəsi müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb olunacaq.

Qanun layihəsi mənzil kirayəsi müqavilələrinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu