İlham Əliyev Lukaşenko ilə danışıqlarda


Bu gün Belarusda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Mərasimin keçirildiyi Müstəqillik Sarayının qarşısında Azərbaycan və Belarusun bayraqları qaldırılıb. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham Əliyev sarayın Qış bağının girişində Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən qarşılanıb. Daha sonra dövlət başçıları danışıqların keçiriləcəyi Müstəqillik Sarayına gedib. Prezidentlər ikitərəfli və geniş formatda görüşlər keçirəcək, yekunda bir çox ikitərəfli sənədlər, o cümlədən birgə bəyannamə imzalanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu