“Yapı Kredi Bank Azərbaycan”da vəziyyət pisləşir...


Türkiyə kapitalı ilə fəaliyyət göstərən “Yapı Kredi Bank Azərbaycan” 2015-ci ilin yanvar-sentyabr aylarını 1 milyon 730 milyon manat zərərlə başa vurub.

“Marja” bankın saytına istinadən xəbər verir ki, 2015-ci ilin ilk üç ayında 430,20 min manat zərər edən bank, sonrakı 6 ayda zərərini 1,3 milyon manat artırıb.

Bu ilin 9 ayında bankın cəmi gəlirləri 27 milyon 139 min manat, o cümlədən faiz gəlirləri 18 milyon 768 min manat, qeyri-faiz gəlirləri isə 8 milyon 335 min manat təşkil edib. Bankın xərclər çıxıldıqdan sonra 4 milyon 217 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə yaradılan ehtiyatlara 5 milyon 749 min manat ayrıldığından və 198 min manat mənfəət vergisi ödənildiyindən bankın 1 milyon 730 min manatlıq zərəri olub.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” 2014-cü ildə 4 milyon 666 min manat xalis mənfəət əldə etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu