"Azərbaycan Türkiyəni dəstəkləyir" - İlham Əliyev


Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü başa çatıb.

Görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Prezident İ. Əliyev deyib ki, Ə. Davudoğlu Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana edib: “Bu, Türkiyə-Azərbaycan münasibətlərini, qardaşlığını göstərir. Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Ə. Davudoğlu isə bildirib ki, hələ İstanbula, anadan olduğu yerə getməyib, Azərbaycana gəlib: “Azərbaycan “Can Azərbaycandır”, bizim canımızdır. Yeni hökumət üzvlərini də sizə təqdim edəcəm. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil. Sizi də seçkilərdəki uğurlarınız münasibəti ilə təbrik edirəm”.

Daha sonra görüş qapalı davam edib. (Apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu