İrəvanda etirazlar başlayır - Polis səfərbər edildi


Ermənistanda referendum başa çatdıqdan sonra paytaxt İrəvanda etiraz aksiyalarının başlanacağı gözlənilir

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazların qarşısını almaq üçün Ermənistan polisi İrəvanın Azadlıq meydanının qarşısında cəmləşir.

Onlarla qırmızı beretli şəxslər dubinkalarla silahlanıblar. Daha çox polis isə Mərkəzi Seçki Komissiyasının binasının qarşısında toplaşıb. Binanın qarşısında içi hüqüq mühafizə orqanları əməkdaşları ilə dolu bir neçə avtobus var.

Qeyd edək ki, `Yeni Ermənistan` ictimai qurtuluş cəbhəsi tərəfdarlarını dekabrın 6-da saat 20:00 üçün mitinqə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu