Vahid Ələkbərov İstanbulda Mübariz Mənsimovun otelini alıb


Rusiyanın “Lukoil” şirkətinin sahibi, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov İstanbulda digər azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun “Edition Hotel”ini alıb.

Virtualaz.org xəbər verir ki, bu haqda “Para” dərgisinə istinadən bir sıra Türkiyə KİV-ləri yazır.

Bildirilir ki, sövdələşmə Rusiyanın Türkiyəyə qarşı sərt embarqolar tətbiq etdiyi bir vaxtda baş tutub. Prezident Vladimir Putinə yaxın olan Vahid Ələkbərovun otel üçün nə qədər ödədiyi açıqlanmır. “Palmali” şirkəti “Edition Hotel”in yerləşdiyi binanı 2003-cü ildə HSBC bankından alıb, onu otel olaraq yenidən qurub və 2010-cu ildə istifadəyə verib.

Bu günlərdə M.Mənsimov müsahibələrindən birində demişdi ki, turizm sahəsindəki bəzi aktivlərini satmağı nəzərdə tutur. “Para” dərgisi isə yazır ki, Mənsimovun Bodrum Yalıkavakdakı “Palmarina Bodrum” istirahət kompleksinin də Vahid Ələkbərova satılacağı gözlənilir. “Lukoil”un Türkiyənin energetika sektorunda bir sıra aktivləri var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu