Vaqif Əsədov sürücülərə 5 məsləhət verdi


Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 9-u və 10-da hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı ayın 7-dən xəbərdarlıq edib. Bəs belə hava şəraitində yollarda baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hansı təhlükəsizlik tədbirləri həyata keçirilməlidir?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az saytına deyib ki, sürücülər kəskin hava şəraitində nəqliyyat vasitələrini idarə etməyə alışıblar:

“Sevindirici haldır ki, belə hava şəraitində bir çoxları avtomobil idarə etməkdən imtina ediblər.

Yenə də təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı avtomobil sürücülərinə bildirirəm ki, sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq götürsünlər, imkan daxilində əyləc sistemindən az istifadə edilsin, hərəkət zamanı texniki baxışdan keçmiş avtomobillərlə yola çıxsınlar. Xüsusilə şüşə silənlərin sazlığına diqqət yetirilməlidir”.

V.Əsədov bildirib ki, ən yaxşı halda böyük çoxluğun ictimai nəqliyyatdan istifadə etməsidir:

“Adətən belə hava şəraitində yol nəqliyyat hadisələri daha çox qeydə alınır. Məsələn, bir neçə gün əvvəl havanın qəfildən dəyişməsi nəticəsində 14 yol nəqliyyat hadisəsi baş vermişdi. Amma bu gün, indiki saata qədər 1 yol nəqliyyat hadisəsi maddi zərərlə nəticələnib. Səbəb isə yol və metroloji saatın nəzərə alınmaması olub.

Təəsüflər olsun ki, bir çox hallarda sürücülər qəza zamanı yolun sürüşkən olmasını bəhanə edirlər. Sürücülərə xatırladıram ki, yol və metroloji şərait nəzərə alınaraq avtomobil idarə edilməlidir. Bu cür havada sürücü yuxarı sürət həddini seçsə və əyləcdən istifadə etsə təbii ki, qəza şəraiti yaranacaq. Çünki, bu zaman avtomobilin sürüşmə ehtimalı artır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu