Azərbaycanlı jurnalist Medvedyevi sorğu-sual edir - CANLI YAYIM


Rusiya baş naziri Dmitriy Medvedyev canlı efirdə ilin yekunlarını dəyərləndirir və rusiyalı jurnalistlərin suallarını cavablandırır.

Bu barədə AzVision.az “Vesti.ru”ya istinadən xəbər verir.

“Rossiya 1”, “Rossiya 24”, “Vesti.ru” saytı, həmçinin “Mayak” və “Vesti FM” radiostansiyaları Medvedyevin çıxışını canlı yayımlayırlar.

Rusiya baş nazirinə sualları Rusiyanın tanınmış jurnalistləri - Sergey Brilev, İradə Zeynalova, Kiril Pozdnyakov, Mixail Fişman, Yelizaveta Osetinskaya verirlər.

Xatırladaq ki, həmyerlimiz İradə Zeynalova bazar günləri Rusiyanın birinci kanalında "Vremya" proqramını aparır. İradə Zeynalova 1997-ci ildən televiziya sahəsində çalışır. O, 2003-cü ildən Birinci kanalda işləyir və 2006-cı ildə burada mükafatlandırılıb. İradə Zeynalova 2007-ci ildən London bürosu üzrə müxbir olub. 2011-ci ildən isə kanalın Yaxın Şərq bürosuna rəhbərlik edir.

Qeyd edək ki, ilk dəfə Medvedyev hələ Rusiya prezidenti olduğu vaxtda bu cür formatda jurnalistlərin suallarını cavablandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu