Türkiyədə polislə kürdlər arasında toqquşma: 8 ölü, 8 yaralı


Türkiyədə polislərlə kürdlər arasında toqquşma olub.

ANS PRESS-in məlumatına görə, Nusaybin şəhərində baş verən toqquşma nəticəsində 7 sakin və bir polis əməkadaşı dünyasını dəyişib. Hadisə nəticəsində 8 polisin xəsarət aldığı da deyilir. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Xarici KİV-lərin məlumatına görə, kürdlərlə polis əməkdaşları arasında toqquşma 4 günə yaxındır ki, davam edir. Dekabrın 6-dan şəhərdə komendant saatı elan edilib.

Hazırda hadisə yerinə əlavə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aprılır.

Bundan əvvəl isə Nusaybin şəhərinin mərkəzində partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, yaşayış evinə yaxın dayanmış bir maşın qəfildən partlayıb. İnsident nəticəsində bir nəfər ölüb, 20-yə yaxın insan zərər çəkib.

Zərər çəkmişləri Təcili tibbi yardım maşınları ilə Nusaybin Dövlət Xəstəxanasına aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu