Fəhlə çoxmərtəbəli binadan yıxılıb öldü


Gəncədə fəhlə çoxmərtəbəli binadan yıxılaraq vəfat edib.

"Kəpəz" TV-yə ("Region" TV) istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binanın təmiri zamanı baş verib.

Təmir işlərini həyata keçirən Tərtər rayon sakini, 30 yaşlı Zabil Allahverdiyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Dərhal Gəncə şəhər TTYX-yə çatdırılan yaralının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Görülən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu