İki general MTN sistemindən çıxarıldı


Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general rütbəli Vəli Əsgərovdur. Digər şəxs isə sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə “işdən çıxarılıb” yazıları gedən nazirin birinci müavini, general-leytenant Hilal Əsədovdur.

Onlar hər ikisi məhz bu gün tutduqları vəzifədən azad ediliblər.

Yuxarıda da qeyd etdiyimiz kimi, Hilal Əsədovun işdən azad edilməsi ilə bağlı mətbuatda getmiş məlumatlar dəfələrlə təkzib olunmuşdu. Amma bu gün verilən son məlumat artıq adıçəkilən şəxslərin bu orqandan çıxarıldıqlarını təsdiq edir.

Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu