Təhsil sahəsində lisenziyalara görə dövlət rüsumları YARIBAYARI AZALDI


Azərbaycanda təhsil sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziyalaşdırma Qaydası”nda əksini tapıb. Bundan sonra məktəbərqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 2000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 2000 manat, orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali təhsil müəssisələri üçün 2750 manat, əlavə təhsil müəssisələri üçün 1500 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 2000 manat, ali dini təhsil müəssisələri üçün 2750 manat olacaq. İndiyə qədər məktəbərqədər təhsil müəssisələri üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 2500 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) üçün 4000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) üçün 4000 manat, orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali təhsil müəssisələri üçün 5500 manat, əlavə təhsil müəssisələri üçün 3000 manat, dini orta ixtisas təhsili müəssisələri üçün 4000 manat, ali dini təhsil müəssisələri üçün 5500 manat olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu