Şou-biznes əhli kimsəsiz uşaqlar üçün oxudu


Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə “Uşaqlar gülsün deyə...” adlı xeyriyyə tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, aparıcılığını Vüsalə Əlizadə və Samir Bayramlı etdiyi tədbirə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər-Röya Ayxan, Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli, Hacı Nazim və digərləri qatılıb. Gecəyə Röya Ayxan, Emil Bədəlov, Hacı Nazim övladları ilə birgə gəlib.

Qeyd edək ki, konsertdən əldə olunmuş gəlirlər kimsəsizlər evinə verilib.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu