Nardaranda əməliyyat keçirildi, saxlanılan var


Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirib.

“Report” xəbər verir ki, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki evdə yaşayan Akif Nuriyevin evindən 5 ədəd patron, ov tüfəngi üçün 39 ədəd dolu patron, 8 ədəd boş patron, 9 ədəd patron doldurmaq üçün alət və vasitələr, ov tüfənginə məxsus 3 ədəd yarımkəsilmiş patron, 2 qutu barıt, 1 qutu alışdırıcı piston və 1 ədəd cib bıçağı aşkarlanıb.

A.Nuriyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu