Quba-Xınalıq yolunda hərəkət bərpa edilib


Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib.

AFN.az xəbər verir ki, bu barədə "Report"a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib.
Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.
Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdır. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu