Bakıda şaxtalı hava 6 nəfəri xəstəxanalıq etdi


Bayram günlərində təcili tibbi yardıma çağırışların sayı 2000-i keçib.

Bu barədə Lent.az-a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində adi günlərə nisbətən çağırışların sayı 10% artıb. Çağırışların çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar olub.

Bayram günlərində Bakıda havanın şaxtalı keçməsi və qar yağması ilə əlaqədar 6 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Qidadan zəhərlənmə üzrə 4 fakt qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu