Balakəndəki partlayışla bağlı cinayət işi açıldı


Yanvarın 4-də Balakən rayonunda fəaliyyət göstərən “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Modern.az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda rayon prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu