Bayramda qarda yıxılan, içkidən zəhərlənənlər - Statistika


Bayram günlərində Təcili Tibbi Yardım Stansiyasına müraciətlərin sayı ümumi səviyyədən 10% artıb.

Təcili Tibbi Yardım Stansiyasından AzVision.az-a verilən məlumata görə, adi günlədə 1900 müraciət daxil olurdusa, bayram günlərində müraciətlərin sayı 2000-dən çox olub.

Qurumdan onu da bildiriblər ki, 2000 çağırış arasında daha çox ürək-damar xəstəlikləri ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Qarlı-şaxtalı hava səbəbindən Təcili Tibbi Yardım stansiyalarına 6 nəfər travma ilə müraciət edib.

Bayram günlərində qida zəhərlənmələri ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edənlərin sayı da artıb. Belə ki, KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, 31 dekabr-4 yanvar tarixlərində ən çox müraciət dəm qazı zəhərlənmələri ilə bağlı olub.

Dəm qazından zəhərlənən 18 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onlardan 12-si qadın olub.

Şöbə müdiri onu da bildirib ki, bayramda şöbəyə sərxoşluqla bağlı 16 nəfər daxil olub ki, müayinə olunduqdan sonra evə buraxılıblar.

A.Maqsudovun sözlərinə görə, dərmanın əlavə təsirindən allergik reaksiya ilə bağlı klinikaya 4 nəfər müraciət edib. Bu müddətdə heç bir ölüm faktı qeydə alınmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu