Zığ və Masazırın sürüşmə zonalarında aktivlik artıb


“Hazırda Abşeron yarımadasındakı Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Masazırda, Qır gölünün ətrafındakı sürüşmə sahəsində də nisbi aktivlik qeydə alınıb: “Həmin ərazi elə böyük sahəni əhatə etməsə də, orada sürüşmə-oturma prosesi davam edir”.

Dəstə rəisi qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər sürüşmə sahələrində nəzərəçarpacaq aktivlik müşahidə olunmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu