Azərbaycanlı aktyor anası ilə birgə qəzaya düşdü


Azərbaycanlı aktyor Ruslan Sabirlinin başına iş gəlib.

Lent.az-a açıqlama verən aktyor bildirib ki, avtomobil qəzası keçirib. O bildirib ki, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi “Hyundai” markalı avtomobil elektrik dirəyinə çırpılıb: “Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı”.

Qeyd edək ki, R.Sabirli “Həyat varsa”, “Muradına çatan Günəş”, “Sənə inanıram” seriallarında rol alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu