Xınalıqda kritik durum-tələbələr qayıda bilmir


Qubaya yağan güclü qar 7 gündür ki, Xınalıq kəndinin rayonla əlaqəsini kəsib. Qarın ağırlığından kənd məktəbinin damı çöküb. Məktəb yararsız vəziyyətə düşüb.

Bu barədə AzVision.az-a Xınalıq kənd sakini Yusif Şabanov məlumat verib. O, bildirib ki, Xınalıq yolunun təmizlənməsi üçün əraziyə cəlb olunan texnika da sıradan çıxıb. Odur ki, qarşıdakı 3-4 gündə yolun qardan təmizlənməsi mümkün olmayacaq.

Kənd sakini onu da bildirib ki, Xınalığa gələn bir neçə əcnəbi tələbə çıxıılmaz vəziyyətdə qalıb, onlar Bakıya gedə bilmilər. Onlardan biri Əfqanıstan, digəri isə Almaniya vətəndaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu