İntiqam Əliyevin şikayətinə Ali Məhkəmə baxacaq


Ali Məhkəmə yanvarın 26-da həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin kassasiya şikayətinə baxacaq.

Bu barədə Turan-a vəkil Şəhla Hümbətova məlumat verib və bildirib ki, prosesdə İntiqam Əliyev də iştirak edəcək.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Vəkil bildirib ki, Ali Məhkəmə kassasiya şikayətini təmin etməsə, Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

Xatırladaq ki, 2015-ci ildə İntiqam Əliyevin ilkin həbsinin qanusuz olması və işgəncəyə məruz qalması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.

Bu şikayət üzrə kommunikasiya artıq başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu