Həbsdəki 14 nardaranlı yanvarın 15-dək azad ediləcək


Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır.

Bu barədə məlumatı Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, saxlanılan nardaranlılara 15 və 30 sutkalıq inzibati qaydada həbs-qətimkan tədbiri seçilmişdi.

Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: “Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir”. (musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu