Quba-Xınalıq yolu açıldı


Quba-Xınalıq yolunda kəskin hava şəraitinə baxmayaraq “Azəryolservis” ASC-nin sözügedən əraziyə cəlb edilmiş ağır texnikasının köməyi və əməkdaşlarının gərgin əməyi nəticəsində çovğun zamanı yola yığılmış böyük qar kütləsi ötən gün axşam saatlarında bütövlükdə təmizlənib.

Quba-Xınalıq yolunun 33-37-ci kilometrliklərində 5 yerdə qar uçqununun olması işləri çətinləşdirsə də, idarənin ağır texnikaları və canlı qüvvəsi günün sonunda yolu tamamilə qardan təmizləməyə müvəffəq olublar.

Bununla da həmin istiqamətdə yerləşən bütün kəndlərə avtomobillərin gediş-gəlişi bərpa edilib. Lakin hər an qar uçqunu təhlükəsi olduğu üçün sürücülərdən ehtiyyatlı olmaq xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu