Türkiyənin məşhur aktyoru dünyasını dəyişdi


Türkiyənin tanınmış aktyoru Remzi Evren 58 yaşında Üsküdardakı evində dünyasını dəyişib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, ağciyər xəstəsi olan aktyor bu gün günorta saatlarında həyatla vidalaşıb. Remzinin yuxusunda infarkt keçirdiyi məlum olub. 2 qız atası olan aktyorun yaxınları onun evinə axışaraq başsağlığı veriblər.

Qeyd edək ki, R.Evren “Üvey baba”, “Kurtlar Vadisi Pusu”, “Karadayı”, “Behzat Ç.”, “Möhtəşəm yüz il: Kösəm” kimi seriallarda çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu