Aksiya ilə bağlı rəsmi açıqlama


DİN: "Qanunsuz aksiya cəhdində səkkiz nəfər saxlanılıb"

Bakının mərkəzində insanların bahalaşma əleyhinə etiraz aksiyası keçirmək cəhdi ilə bağlı rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə bildirib ki, vətəndaşların azsaylı bir qrupu kütləvi aksiyaların keçirilməsi haqqında qanunların tələblərini pozublar.

Onun sözlərinə görə, bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış etiraz aksiyası keçirmək istəyi: "Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. 8 nəfər saxlanılıb".

Qeyd edək ki, bu gün Bakının mərkəzində, Fəvvarələr meydanında bir qrup şəxs bahalaşma əleyhinə etiraz aksiyası keçirməyə cəhd göstərib.

Aksiyaya çağırış bir müddətdir ki, sosial şəbəkələrdə yayılırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu