Deputat maaşların artırılmasından DANIŞDI: “Hansı mənbədən...”


Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında manatın devalvasiyasından sonra baş verən bahalaşmaya görə süni qiymət artımına gedən sahibkarlara xəbərdarlıq edib. Ölkə başçısı eyni zamanda “2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır”,-deyə bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, bu məsələnin müsbət yöndə həll olunmasına ehtiyac var:
“Prezident hökumətin iclasında bu məsələyə toxunub. Manatın devalvasiyasından sonra ölkədə yaranmış vəziyyəti analiz edib və göstərişlərini verib. Göstərişlərdən biri də Azərbaycan hökumətinə əmək haqları və pensiyaların indeksasiya edilməsilə əlaqədar xüsusi tədbirlər planın işlənib hazırlanmasıdır.

Həmin məsələnin qısa müddətdə həll olunması vacibdir ki, əmək haqları , sosial müavinətlər, pensiyaların artırılmasında hansı mənbədən istifadə ediləcəyi müəyyənləşsin”.

V.Əhmədov prezidentin verdiyi tapşırıqların çox yerində olduğunu vurğulayıb:

“Aparılan dəqiqləşdirmələrdən sonra əmək haqları və pensiyaların artırılması üçün büdcədən yoxsa ehtiyat fondundan istifadə ediləcəyinə qərar veriləcək.

Ümumi götürəndə prezident İlham Əliyevin bu addımı çox müsbət haldır. Çünki, milli valyutanın məzənnəsi dəyişəndən sonra əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb və maaşlarında müəyyən problemlər yaranıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu