Qazaxın polis rəisi işdən çıxarıldı


Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

Azvision.az xəbər verir ki, nazir Ramil Usubovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zöhrab İsmayılovu tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab İsmayılov bundan öncə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olmuş və nazirin 2010-cu ildə verdiyi müfaviq əmrlə Qazax Rayon Polis Şöbəsinin rəisi təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu