Gömrük Komitəsində kadr yerdəyişməsi


Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişikliyi baş verib.

Azvision.az xəbər verir ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general –mayor Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. O, rəhbəri olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.

G. Muradlınının yerinə ötən ilin oktyabrında Balakən Gömrük İdarəsinə rəis təyin olunan polkovnik Baba Salayev gətirilib.

B. Salayevin əvvəllər Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işlədiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu