“İntihar edən tələbədən pul istənilməyib”-universitetdən açıqlama


“İntihar edən tələbədən pul istənilməyib. Həmin tələbəyə qarşı haqsızlıq edilməsi haqqında informasiyalar yalandır”.

Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Nazxanım Cəlilli deyib. O qeyd edib ki, Elxan Hüseynov rektor təyin edildikdən sonra universitetdə pul söhbəti qətiyyən edilmir.

“Hazırda istintaq gedir, araşdırma aparılır. Həmin fakültədən 24 nəfərin kəsilməsi haqqında informasiya yalandır. Bu şişirdilmiş rəqəmdir. Kəsilən tələbələrin sayı o qədər deyil”.
N.Cəlilli deyib ki, Rumiyyənin dərsə davamiyyəti daimi olsa da, dərslərdən qiymətləri çox da yüksək olmayıb.

“Onun əl yazmaları, sərbəst işlərdən aldığı qiymətlər əlimin altındadır, istintaq sənədindədir. O imtahandan 12 bal toplayıb. Hər iki fəndən qiymətləri o qədər də yüksək deyil.

Bir insan ki, imtahanda öz oxuduğu sahənin adını -filologiya sözünü düz yazmaya daha mən nə deyim. İstəsələr jurnalistlər də gəlib baxa bilərlər. Onun əl yazmalarını incələyə bilərlər. Lakin heç kim ona qarşı haqsızlıq etməyib. Ondan universitetdən pul istənilməyib”.

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.

Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.

Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, Universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu