Səfirimizin xanımına cinayət işi açıldı-Rüşvət təklifi


Azərbaycanlı səfirin xanımına cinayət işi açılıb.

AFN.az haqqin.az-a istinadən xəbər verir ki, sözügedən cinayət işi Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovu xanımı Nəzirə Zeynalovaya qarşı qaldırılıb.

Səbəb isə, N.Zeynalovanın ölkənin Yol Hərəkət Təhlükəsizlik müfəttişlərinə rüşvət təklif etməsi olub. Belə ki, səfirin xanımı ölkədə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyib. O, vəsiqəni imtahansız almaq üçün müfəttişlərə 500 avro təklif edib. Bu isə, qanunsevər latviyalıları şoka salıb.

Məmura rüşvət təklif etdiyi üçün N.Zeynalovaya cinayət işi açılıb. İşə Antikorrupsiya Bürosunda baxılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu