AXCP üzvünə 7 sutkalıq həbs cəzası verilib


Bu gün Nərimanov rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hüquqşünas Samirə Ağayevanın APA-ya verdiyi məlumata görə, T. İbrahim 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. İbrahim ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilir.

Lakin T. İbrahim ittiham üzrə özünü təqsirli bilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu