Çörək deputatları üz-üzə qoydu-DAVA BÖYÜYÜR


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə Milli Məclisin digər üzvləri Tahir Süleymanov arasında mübahisə dərinləşir. Tərəflər unun və çörəyin qiymətində baş verən dəyişikliklərlə əlaqədar media səhifələrində necə deyərlər, “müharibə” aparırlar.

Fəzail Ağamalı deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovun un istehsal edən şirkətlərə sahib olduqlarını xatırladaq, onları qiyməti süni şəkildə qaldırmaqda ittiham edib.

Tahir Süleymanov isə “yaxşı olardı ki, hər kəs bildiyi məsələdən danışsın” deyərək, F.Ağamalını qiymət məsələsindən bixəbər olmaqda qınayıb.

Deputat Fəzail Ağamalı Modern.az-a yeni açıqlamasında həmkarının fikirlərinə bu cür münasibət bildirib:

“Tahir Süleymanova mən gedib Milli Məclisdə deyəcəm ki, unun qiyməti qalxıb, ya qalxmayıb. Bəs unun qiyməti qalxmayıbsa, Siyəzən camaatı nəyə görə ayağa qalxdı? Ümumiyyətlə, Tahir Süleymanovun bildiyi heç bir şey yoxdur. Onun bircə bildiyi şey camaatı, milləti aldadıb pul qazanmaqdır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu