Yeni nazir bunları etməlidir-Ekspertdən təkliflər


“Yeni rabitə və yüksək texnologiyalar naziri ilk növbədə xaricə beyin axınının qarşısı almalıdır”

Bunu AzVision.az -a açıqlamasında İKT üzrə ekspert, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Mütəxəssisin fikrincə, nazir Ramin Quluzadə nazirlikdəki neqativ halların qarşısını almalı, ciddi islahatlara başlamalıdır: “Bazarda əsas diqqət yetiriləcək məsələ azad rəqabət mühitinin yaradılmasıdır. Bu istiqamətdə konseptual addımların atılmasına ehtiyac var. Bundan başqa internet infrastrukturunun inkişafı ilə bağlı ciddi işlər görülməlidir”.

O.Gündüzün sözlərinə görə, ölkədə yüksəksürətli və mobil internetin keyfiyyəti ilə bağlı problemlər mövcuddur.

“Gənc nazir internet problemini həll etməlidir. Bu vacib məsələdir. Eyni zamanda İT-bizneslə bağlı məsələ də gündəmdə saxlanılmalıdır. Hazırda bu sahədə boşluqlar hiss olunur və peşəkar kadrların xaricə axını başlayıb. Yeni nazir bunun qarşısını almalı və ciddi işlər görməlidir”-deyə ekspert vurğulayıb.

Qeyd edək ki, yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub. 39 yaşı olan R.Quluzadə Azərbaycanın hazırda ən gənc naziridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu