"Young Skal Baku" klubunun toplantısı keçirilib


"NEW BAKU" hotelində Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası olan “SKAL İnternational Baku” klubunun fəaliyyətinin davamlılığını qorumaq məqsədilə yaradılmış “Young SKAL”ın Bakı klubunun 2-ci toplantısı keçirilib.

Gənc turizmçilərin iştirakı ilə baş tutan tədbirdə “Skal İnternational Baku” klubunun vitse-prezidenti Ceyhun Aşurov çıxış edərək skalçıların məqsəd və hədəflərindən söz açıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"Skal Baku"nun İdarə Heyətinin üzvü və sabiq prezidenti Ruslan Quliyev gənclərlə görüşündən məmnunluğunu bildirib, onların fikir və təkliflərinin əhəmiyyətini vurğulayıb. “Young SKAL”ın turizmin təbliğində əhəmiyyətini qeyd edən R.Quliyev bu cür təşəbbüslərin daim dəstəklənəcəyini diqqətə çatdırıb.
"Young Skal Baku" klubunun üzvü Tahir Məmmədov qurumun yaranma tarixi, fəaliyyəti və ilk toplantısı haqqında danışıb.
Toplantıda turizmdə keyfiyyətin artırılması, "Young Skal Baku" klubunun gələcək fəaliyyət planı, turizm peşəkarları ilə görüşlərin keçirilməsi və digər məsələlər müzakirə olunub. Təşkilatın üzvləri çıxış edərək fikirlərini bölüşüblər, gənclərin fəaliyyəti üçün yaradılan şəraitə görə "Skal Baku" klubunun İdarə Heyətinə minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu