“Reuters” İlham Əliyevdən yazdı


Britaniyada fəaliyyət göstərən “Reuters UK” xəbər agentliyində beynəlxalq maliyyə böhranı fonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatı dəstəkləmək üçün görülən genişmiqyaslı işlərdən bəhs edən məqalə verilib.

TİA.AZ-ın Azərtac-a istinadən xəbərinə görə, məqalədə bildirilir ki, Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dövlət başçısı valyutaya, manatın məzənnəsinə və dövlət aktivlərinə nəzarət, bankların dirçəlişinə dəstək və başqa mövzularda ciddi tapşırıqlar verib. Dövlət başçısı Milli Məclisin növbədənkənar iclasında valyuta bazarındakı qaydaların gücləndirilməsi ilə bağlı hökumətin təkliflərinin müzakirə olunmasının vacib olduğunu vurğulayıb. Həmin iclasın gündəliyinə əmanətlərin sığortalanması, vergi və bank konsolidasiyası məsələləri də daxil edilməlidir. Prezident İlham Əliyev bildirib ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir.

Müəllif Prezident İlham Əliyevin ölkədə əməkhaqlarının artırılması ilə bağlı Sərəncamını nümunə kimi göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu